...

AMB 2024-2025-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 1 Noyabr 2024 11:31 (UTC +04:00)
AMB 2024-2025-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımın 3,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Gələn il üçün artımın 3,3 faiz səviyyəsində olacağını gözləyirik. Neft sektorunda isə bu il 6,5 faiz, gələn il isə 5,1 faiz artım gözlənilir”, — o vurğulayıb.

Qeyd edək ki, noyabrın 1-də AMB uçot dərəcəsini dəyişməyərək 7,25 faiz səviyyəsində saxlayıb.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar cari il dekabrın 18-də açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti