...

Gürcüstanda seçkilərin nəticələri Qərb dairələrinin planlarını puç etdi - Deputat

Siyasət Materials 31 Oktyabr 2024 16:10 (UTC +04:00)
Gürcüstanda seçkilərin nəticələri Qərb dairələrinin planlarını puç etdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri hər zaman region ölkələrində hakimiyyətləri yönəltməyə çalışan Qərb dairələrinin planlarını puç etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, gürcü xalqı "Gürcü arzusu" partiyasına səs verərək öz gələcəklərini zəmanət altına almış oldular və ölkələrini bu cür dairələrin məkrli planlarından qorumuş oldular.

“Gürcüstanda yaşayan soydaşlarımız da seçkilərdə aktiv iştirak edərək "Gürcü arzusu" partiyasına dəstək göstərdilər. Azərbaycanlılar, ümumilikdə Gürcüstan xalqı müharibəyə, daxili qarşıdurmaya, milli-mənəvi dəyərlərin deqradasiyasına deyil, sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Qərb dairələrinin daxili işlərinə müdaxilə etdiyi ölkələrdə vəziyyətin nə qədər acınacaqlı olduğu hər kəsə yaxşı məlumdur. “Bu gün elə bir çox bölgələrdə baş verən müharibələr və münaqişələr məhz bu dairələrin müdaxiləsinin, öz əlatılarını hakimiyyətə gətirməsinin acı nəticələridir. Elə Ermənistan özü də bu gün həmin dairələrin təsiri altındadır. Baş nazir Nikol Paşinyanın gürcüstanlı həmkarına məktubunda da bu aydın sezilirdi. Həmin dairələr eyni məkrli planları Gürcüstanda da həyata keçirmək istəyirdilər.

Lakin gürcü xalqı və eləcə də orada yaşayan soydaşlarımız buna imkan vermədilər. Qonşu ölkə olaraq Azərbaycanla Gürcüstan arasında hər zaman sıx və mehriban qonşuluq əlaqələri mövcud olub. Gürcüstanda satibitlik və inkişaf həm Azərbaycan, həm də region üçün vacib əhəmiyyət kəsb edib. Hesab edirəm ki, bu seçkilərdən sonra iki ölkə arasında münasibətlər və əməkdaşlıq daha da inkişaf edəcək və möhkəmlənəcək.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayaraq seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə etdi. Eyni zamanda dövlət başçısının Gürcüstanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi. Düşünürəm ki, səfərin reallaşması iki ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələ olacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti