...

İspaniyada daşqınlarda ölənlərin sayı 158 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 Noyabr 2024 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada son 30 ilin ən faciəli daşqınlarında ölənlərin sayı 158 nəfərə yüksəlib.

Trend-in verdiyi məlumata görə, bu barədə EFE agentliyi ölkə hökumətindəki mənbələrə istinad edib.

Fövqəladə hallar xidmətləri, xilasedicilər və hərbçilər axtarış işlərini və təbii fəlakətin təsirlərinin aradan qaldırılmasını davam etdirirlər. İspaniyanın baş naziri Pedro Sançes cümə axşamı daşqınlardan ən çox zərər görən Valensiyaya baş çəkib.

O, sakinləri mümkün olduğu qədər evdə qalmağa və təcili yardım xidmətlərinin tövsiyələrinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Valensiyanın bəzi bölgələrində 400 mm-dən çox yağış düşüb ki, bu da bir illik yağış norması ilə bərabərdir.

Xəbər lenti

Xəbər lenti