...

"Porsche" disklərində mərkəzi kilidi olan 10 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 1 Noyabr 2024 05:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Porsche" 10 mindən çox avtomobilini geri çağırır.

Trend-in "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, Almaniyanın "Porsche" şirkəti disklərində mərkəzi kilid sistemi olan bəzi avtomobillərin təkərlərində problem yaranması səbəbindən geri çağırılmasına qərar verib. Şirkət bəzi modellərdə düzgün bərkidilməmiş təkərlərin sıradan çıxma riskinin olduğunu bildirib.

Geri çağırılma 2023-cü il sentyabrın 1-dən 2024-cü il oktyabrın 23-dək istehsal edilən "911", "718" və "Panamera" modellərinin bir hissəsini əhatə edir. Şirkətin avtomobil sahiblərinə etdiyi xəbərdarlıqda düzgün bərkidilməmiş təkərlərin mərkəzi kilid qaykasına zərər vurma, hətta qırılma riski yarada biləcəyi qeyd olunub. Bu cür nasazlıq təkər dayaqlarının zəifləməsinə, yüksək sürətdə təkərin sıradan çıxmasına və qəza təhlükəsinə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti