Bakı. Trend:
“Araz-Naxçıvan”ın futbolçusu Kristian Avram Moldova millisinə çağırılıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, qapıçı Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyətdə yer alıb.
Moldova millisi noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqlə qarşılaşacaq. Avramın komandası hər iki görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Kristian noyabrın 11-dən 20-dək Moldova millisinin düşərgəsində olacaq.