Bakı. Trend:
İspaniyanın şərqindəki Valensiya muxtar icmasında daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb.
Trend xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin sakinləri evlərini tərk etməməyə çağırılıb.
xxx
17:55
İspaniyanın şərqində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 101 nəfər Valensiya vilayətində, 3 nəfər isə Mira (Kuenka vilayəti), Letura (Albasete vilayəti) və Alxaurin-de-la-Torre (Malaqa vilayəti) şəhərlərində həlak olub.
Daha əvvəl, İspaniya hökuməti leysan yağışları və daşqınlar nəticəsində həlak olanların xatirəsinə 3 günlük matəm elan etmişdi. Təbii fəlakət, əsasən, Valensiya bölgəsinin yol infrastrukturuna ciddi ziyan vurub.
Fövqəladə hallar üzrə hərbi birləşmə, Valensiya vilayətində 1000-dən çox hərbçi yerləşdirib.