...

Türkiyədə PKK-ya qarşı genişmiqyaslı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 1 Noyabr 2024 11:06 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 11 vilayətində PKK terror təşkilatına qarşı "Gürz-25" əməliyyatları keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, Türkiyənin 11 vilayətində, PKK terror təşkilatı üzvlərinin kənd yerlərində fəaliyyət göstərmək üçün müxtəlif yerlərdə gizlətdikləri partlayıcı maddələr, müxtəlif silah və sursatları məhv etmək məqsədilə keçirilən “GÜRZ-25” əməliyyatları çərçivəsində 37 mağara və sığınacaq yeri məhv edilib.

Əməliyyat nəticəsində 661 kiloqram partlayıcı maddə, 4 M79 tank əleyhinə sursat, 3 RPG-7 qumbaraatan, 3 PKM pulemyot, 4 Draqunov snayper tüfəngləri, 12 Kalaşnikov avtomatı, 105 əl qumbarası, 78 reaktiv yaylım atəşi sursatı, 25 artilleriya, minaatan və qumbaraatan sursatları, 14 min 67 müxtəlif ölçüdə və kalibrdə sursat ələ keçirilib.

“365 gün, 4 fəsil, 12 ay, gecə-gündüz demədən əməliyyatlarımız həm şəhərlərdə, həm də kənd yerlərində qətiyyətlə davam edəcək!”, - Ali Yerlikaya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti