...

Bakıda PAŞA Holding-in dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2024 16:59 (UTC +04:00)
Bakıda PAŞA Holding-in dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Bir müddət öncə, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə, PAŞA Holding-in eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, və Trendyol Azərbaycan-ın dəstəyi ilə təsis edilən ilk inklüziv “Kashalata” kafenin açilış mərasimi baş tutub.

Sözügedən təşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təmin olunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fiziki məhdudiyyətli şəxslərdi.

Qeyd edək ki, qadınlar və uşaqlara dəstək PAŞA Holding-in korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm hissəsini təşkil edir.

Bu məqsədlə, PAŞA Holding talassemiyadan və autizmdən əziyyət çəkən uşaqlar, kimsəsiz övladlar üçün yardım aksiyaları, qanvermə aksiyaları və digər buna oxşar müxtəlif layihələrə dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti