...

Bələdiyyə və qrant arasında uyğunluğun təmin edilməsi üçün qaydalar hazırlanacaq - Azər Əmiraslanov

Siyasət Materials 1 Noyabr 2024 12:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyə və qrant arasında uyğunluğun təmin edilməsi üçün gələcəkdə qaydalar hazırlanacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, 5000 qeyri-hökumət təşkilatından 105-nin regionlarda fəaliyyət göstərməsi çox azdır.

“Hesab edirik ki, bölgələrdə qeyri-hökumət təşkilatlarının sayı artmalıdır, orada ictimai siyasi aktivlik yaradılmalıdır”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti