Bakı. Trend:
İndiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, son bir ay ərzində 20056 dəfə velosiped kirayəyə götürülüb.
“Velosiped kirayəsi üçün gündəlik orta hesabla 650 sifariş olur. Gündəlik müraciət edən ayr-ayrı şəxslərin sayı 300-305 nəfər təşkil edir. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 38128 nəfər qeydiyyatdan keçib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.