...

Bakıda kiçik elektrikli nəqliyyat vasitələri üçün 211 parklanma yeri təyin edilib

Cəmiyyət Materials 31 Oktyabr 2024 12:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri üzrə kiçik elektrikli nəqliyyat vasitələri üçün 211 parklanma yeri təyin edilib. Mərhələli şəkildə bunların sayının artırılması və nişanlanması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O qeyd edib ki, bu məntəqələrin sayı artırılacaq.

“2024-cü ilin avqust ayında velosiped kirayəsi xidməti üçün 48 park yerində xüsusi konstruksiyalar və yol nişanları quraşdırılıb.

Xidmətin təkmilləşdirilməsi üçün operatorlarla daim görüşlər keçirilir”, - deyə o qeyd edib.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti