Bakı. Trend:
2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb.
Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.