Bakı. Trend:
Mixael Şumaxerin vəziyyəti çox acınacaqlıdır.
Trend xəbər verir ki, bunu "Daily Mail"in müxbiri Feliks Horner Formula 1 üzrə yeddiqat dünya çempionunun səhhətinin hazırkı durumu barədə yazıb.
Bildirilir ki, almaniyalı pilot 2013-cü ilin dekabrında Fransa Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Qəzadan sonra o, uzun müddət komada olub, süni nəfəs aparatına qoşulub. Ailəsi onun şəxsi həyatını ciddi şəkildə gizlədərək səhhəti ilə bağlı təfərrüatları açıqlamır.
56 yaşlı Şumaxerin hesabında Formula 1-də 7 çempionluq, 91 qələbə (Hamiltondan sonra ikincidir), 155 fəxri kürsü və 68 poul mövqeyi var.