...

Bakıda Xəzər İnşaat Həftəsi start götürəcək

İqtisadiyyat Materials 17 Oktyabr 2016 14:26 (UTC +04:00)
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi start götürəcək.
Bakıda Xəzər İnşaat Həftəsi start götürəcək

Bakı. Trend:

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi start götürəcək.

Iteca Caspian şirkətindən Trend-ə verilən məlumata görə, 19 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. “BakuBuild” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır.

“BakuBuild” sərgisi ilə yanaşı, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi start götürəcək. Bu il “BakuBuild” sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir ki, bu da çox sevindirici haldır.

BakuBuild 2016 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti) və Akkord Cement şirkəti, informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir. Ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunacaq. Bakı Ekspo Mərkəzinin qarşısındakı xarici platformada isə ən yeni inşaat texnikası nümayiş olunur. “MEBEL” SEKTORU Builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirəcəklər.

Yeniliklər “BakuBuild” sərgisi inşaat sahəsində innovativ məhsul və xidmətlərin ölkə bazarına daxil olması üçün istifadə olunan daimi kanallardan biridir. Azərbaycanda keçirilən bu sərginin iştirakçıları Bakıya həmişə eksklüziv məhsullar gətirməyə çalışır və bu məhsullar daha sonra sifarişçilərə, eləcə də digər ölkələrə çatdırılır. Bu baxımdan, “BakuBuild 2016” sərgisi də istisna deyil, belə ki, bu il bir sıra şirkətlər öz stendlərində yeni məhsullar təqdim edəcəklərini bəyan ediblər. Bu yeniliklər arasında drenaj sistemləri üçün yüksək keyfiyyətli aksessuarlar (“Yukseklik Ltd”), səthi tarım çəkilmiş ipək materialla örtülmüş “Technotouch” akustik paneli (“Aksa Akustik”), “Tecu Patina Boston” tam yeni rəngli mis dam örtükləri (“Armadil Group”), “Nordic Brass Weathered” atmosfer təsirinə məruz qalmış Skandinaviya tipli latun (“Aurubis Finland Oy”), “Swarovski” - “The One” brendinə məxsus antik üslublu qızıl örtüklər, eləcə də autentik büllurlu tutqun qara rəngli müxtəlif növ aksessuar kolleksiyası (“Emmevi Rubinetterie”), “Smile 64” brendinin birqulplu hamam qarışdırıcıları kolleksiyası (“Fir Italia”), “Klingspor” şirkətinin yeni almaz alətlər seriyası, “HS Portal” - 106-m palıd profilli siyirtmə pəncərə sistemi (“MIRT LUXURY INTERIORS”), rulon pərdəli və ya “LED” lentli qarşılıqlı əlaqəli kompleks jalüz sistemi olan alüminium xəlitəli karniz (“Mottura”), “Natura Build” şirkətinin yeni dizaynlı lövhələri, “Versal” aksessuar kolleksiyası (“Sas Schutt Grande Forge”), “Ston” şirkəti tərəfindən ekstruziya metodunun köməyi ilə hazırlanmış “FOLLOw” keramika məhsulları və bir sıra digər məhsullar yer alır. Bu yeniliklər, eləcə də digər məhsul və xidmətlərlə inşaat, memarlıq, dizayn və dekorasiya sənayesindəki alıcı və təchizatçıları bir araya gətirən “WorldBuild365” platformasının veb-saytında (www.worldbuild365.com) tanış olmaq mümkündür.

“WorldBuild365” portalı özündə məhsulların “onlayn” kataloqu və ixtisaslaşdırılmış platforma funksiyalarını birləşdirməklə yanaşı, veb-sayt ziyarətçilərinin geniş məhsul kataloqunu təkcə sərgi dövründə deyil, həm də bütün il boyu nəzərdən keçirmələrinə, təchizatçıların isə öz məhsulları haqqında məlumatı istədikləri vaxt yükləyərək yeniləmələrinə imkan verir. Bu veb-sayta aşağıdakı link vasitəsi ilə daxil olmaq mümkündür:

www.worldbuild365.com “WorldBuild365” platforması alıcılarla əlaqələri və mövcud kommersiya münasibətlərini dəstəkləməklə yanaşı, şəxsi görüşlər, eləcə də sərgi barədə təəssüratlar əsasında yeni əlaqələrin qurulmasına kömək edir. Beləliklə, “BakuBuild 2016” sərgisi aktual xidmət və məhsulların geniş çeşidinə, tərəfdaşlarla ünsiyyətə və bir sıra digər məsələlərə zəmanət verir. Daha ətraflı məlumat üçün www.bakubuild.az veb-saytına daxil ola bilərsiniz. WORLDBUILD Baku Worldbuild2017“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adını diqqətinizə çatdırırıq: “WorldBuild Baku”. Bakı “İnşaat” sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır.

Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır. Aquatherm Baku2014 logo 9-cu Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi 19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2016” sərgisi keçiriləcək. Bu illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub. “Aquatherm Baku 2016” sərgisi Azərbaycan, Almaniya, İtaliya, Çin, Rusiya və Finlandiyanı təmsil edən 60 şirkəti bir arada toplayıb. Türkiyədən olan şirkətlər isə sərgidə geniş tərkibdə iştirak edirlər. Sərgidə “EGIC” (Misir) və “AKFA Group of Companies” (Özbəkistan) şirkətləri sərgidə birinci dəfə iştirak edirlər.

Hazırda sərgi iştirakçılarının siyahısında “Aquart” (Azərbaycan), “Euroclima” (Azərbaycan), “Sauna İnşaat” (Azərbaycan-Finlandiya), “Yusiko” (Azərbaycan), “ASPIPE” (Azərbaycan), “BestTechniK” (Azərbaycan), “BSS Group” (Azərbaycan), “Sablayn Servis” (Rusiya), “Azərtexnolayn” (Azərbaycan), “CEWAL S.P.A.” (İtaliya), “Alarko” (Türkiyə), “Turan Makina” (Türkiyə), “Yongkang Huandi Kitchenware Co., Ltd.” (Çin), “Polymart” (Azərbaycan), “Eleks” (Türkiyə) və s. şirkətlər var. Sərgidə “Arcelik”, “Bosch”, “Harvia”, “Immergas”, Rehau, “Mitsubishi”, “E.C.A.”, “Trox”, “Unipump”, “VENT”, “WATT Insulation” və “SPK” kimi brendlər iştirak edir. Sərginin fərqləndirici cəhəti iştirakçıların ümumi sayının 40%-ni təşkil edən yerli istehsalçıların fəal iştirakıdır, belə ki, “BestTechniK”, “Azboru”, “Azertexnolayn”, “Lenkaran Mexanikleshtirme”, “Croplast”, “Yusiko” və digər şirkətlər yerli istehsalda əldə edilmiş nailiyyətləri nümayiş etdirirlər. “Aquatherm Baku 2016” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, kombi / istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları, eləcə də polietilen (PE), polipropilenin törəmə polimeri (PPPRC) və polivinilxlorid (PVX) məmulatlar üçün qaynaq avadanlığı, qızdırıcı qazanlar və bir çox digər məhsul təqdim olunur.

Ənənəvi olaraq, sərgidə bu sahənin yenilikləri də nümayiş etdiriləcək. İnnovativ məhsullar arasında həm yuxarı, həm də aşağı hissədən su qəbul edən və yüksək keyfiyyətli materialdan hazırlanmış “Bavlenets” sualtı vibrasiya nasosları, habelə istənilən model məişət nasoslarının idarə və mühafizəsi üçün unikal avtomatika blokları (“Sablayn Servis” şirkəti, Rusiya), istənilən dildə işarə qrafikalı displeydən rahatlıqla istifadə etməyə imkan verən yeni “Enjoy” markalı divar termostatları (“Cewal S.P.A.” şirkəti, İtaliya) və binaların mühəndislik sistemlərinin layihələndirilməsi sahəsində tətbiq olunan qabaqcıl proqram təminatlarını (“LiNear GmbH” şirkəti); “Ecodense” kondensasiya qazanları (“Ecostar Burners” şirkəti), çoxmərtəbəli binalar, magistral boru xətləri, xüsusi təyinatlı obyektlərin sanitar-texniki sistemlərində quraşdırılmaq üçün nəzərdə tutulmuş çox möhkəm “Strong” diyircəkli kranları “Profactor Armaturen Gmbh” şirkəti), eləcə də istilik sistemlərini, habelə elektrik və işıq avadanlıqlarını simsiz idarəetmə sistemləri (“Watts Industries Deutschland Gmbh” şirkəti) yer alır. logo CIPS Securika20169-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi 19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi keçiriləcək. “Securika CIPS 2016” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır.

Bu il “Securika CIPS 2016” sərgisində Azərbaycan, ABŞ, Çin, Rusiya, Türkiyə və digər ölkələrin 16 şirkət iştirak edəcək. Nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları CCTV, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi vasitələri, smart kartlar, kimliyin müəyyən edilməsi texnologiyaları, turniketlər, girişə nəzarət sistemi və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərini nümayiş etdirəcəklər. Sərginin “Yanğın təhlükəsizliyi sistemləri” sektorunda mütəxəssislərin nəzərinə yanğın əleyhinə təhlükəsizlik sistemləri, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın datçikləri və detektorları, eləcə də yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgidə terror aktlarının qarşısını almaq üçün hazırlanmış və istənilən nəqliyyat vasitəsini dayandırmaq iqtidarında olan “Arma Kontrol” avtomatik tumbası, partlayış zamanı alov ilə təmasdan 3 saniyə sonra yanğının qarşısını alan “Elide” “alov kürəsi”, quruda və dənizdə tətbiq edilən, habelə ənənəvi yanğınsöndürmə sistemi ilə müqayisədə kifayət qədər cüzi su sərf edən “HI-FOG” nazik su şırnaqlı yanğınsöndürmə sistemi kimi bir sıra innovativ məhsullar təqdim edilir.

Bu il “Securika CIPS” sərgisi “re-brendinq” prosesindən sonra ilk dəfə yeni brend kimi təqdim edilir. 2017-ci ildə sərginin adı da yenilənəcək və “ITE Group plc” şirkətinin təhlükəsizlik üzrə sərgi seqmentinə daxil olan digər beynəlxalq sərgilərə uyğun olaraq, “Securika Caspian” adlandırılacaq. SƏRGİNİ MÜŞAYİƏT EDƏN TƏDBİRLƏR “BakuBuild” sərgisinin keçiriləcəyi tarixdə “Four Seasons” otelində İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən xeyriyyə ziyafəti təşkil ediləcək və bu tədbir zamanı xüsusi hərrac təşkil olunacaqdır. Hərracdan əldə olunan bütün maddi vəsait isə xeyriyyə məqsədi ilə sərf ediləcək. Xeyriyyə ziyafətinin sponsorlarından biri də “BakuBuild” sərgisinin təşkilatçılarıdır.

20 oktyabr tarixində “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçiriləcək. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılacaq. 20 oktyabr tarixində “Aquatherm Baku-2016” sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində (otaq №19) “İstilik, havalandırma, su və kanalizasiya sistemlərinin “liNear” şirkəti ilə birlikdə layihələndirilməsi: eskiz və hesablamalar - peşəkarlar üçün yeni imkanlar” mövzusuna həsr olunmuş seminar-təqdimat keçiriləcək. Arzu edən hər bir kəs bu seminarda iştirak edə bilər. DƏSTƏK “BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən dəstəklənir.

BakuBuild, Aquatherm Baku, Securika CIPS isə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. 2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər. TƏŞKILATÇILAR Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Sərginin uğuru “ITE Group” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var. Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək.

Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - “Ağıl və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandıq ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar. Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 22 oktyabr tarixində öz işini başa vuracaq. Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə xüsusi (pulsuz) avtobuslar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti