...

Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olub

İqtisadiyyat Materials 31 Yanvar 2017 10:42 (UTC +04:00)
Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olub.
Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olub

Bakı. Trend:

Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olub.

Azər Türk Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 yanvar 2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olub. Kredit portfelinin həcmi 150 162 min manat təşkil edib. Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manata çatıb. Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07 faiz, kapitalın gəlirliliyi (ROE) 15,39 faiz təşkil edib.

Məlumatda qeyd edilir ki, ötən il ərzində Bank 267 976 min manat həcmində depozit cəlb etmişdir ki, bunun da 135 954 min manatı əhalinin əmanətləridir. Ümumi gəlirlər 47 365 min, xərclər 37 773 мин manat təşkil etmiş, bankın xalis mənfəəti 7,4 milyon manata yaxın olub. Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti