...

Sürücülərin nəzərinə - Bakı Dairəvi-1 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

İqtisadiyyat Materials 6 Aprel 2017 10:01 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Sürücülərin nəzərinə - Bakı Dairəvi-1 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, analoji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti