...

Türkiyə ilk pomidor partiyasını Rusiyaya yolladı

İqtisadiyyat Materials 10 Noyabr 2017 16:26 (UTC +04:00)
Türkiyənin "Agrobay" şirkəti Rusiyaya pomidor idxalına başlayıb
Türkiyə ilk pomidor partiyasını Rusiyaya yolladı

Bakı. Trend:

Türkiyənin "Agrobay" şirkəti Rusiyaya pomidor idxalına başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri bildirib.

Bu, Türkiyə məhsullarına embarqonun aradan qaldırılmasından sonra Rusiyanın Türkiyədən ilk pomidor tədarüküdür.

Şirkət rəhbəri bildirib ki, artıq ötən gün pomidor yüklənmiş ilk yük maşınları Moskva və Sankt-Peterburqa yola düşüb. Onun sözlərinə görə, 2018-ci ilin may ayınadək 5 min ton pomidor Rusiyaya tədarük olunacaq.

Qeyd edək ki, Rusiya noyabrın 1-dən etibarən Türkiyə istehsalı olan pomidorların Rusiyaya tədarük edilməsinə icazə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti