...

Bakıda "Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" sərgi-konfransı keçiriləcək (VİDEO)

İqtisadiyyat Materials 16 Yanvar 2018 11:02 (UTC +04:00)
Bakı şəhərində “Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu sərgi-konfransı təşkil edəcək.
Bakıda "Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" sərgi-konfransı keçiriləcək (VİDEO)

Bakı. Trend:

28-29 noyabr 2017-ci il tarixində Yunanıstanın paytaxtı Afina şəhərində Azərbaycan şirkəti olan “FA International Trade Events”in təşkilatçılığı və “Beynəlxalq Gəmiqayırma Mühəndisliyi Assossiasiyası” (ISES), “Baltik ölkələri Limanları Təşkilatı” (BPO), “Yunan Gəmiçilik Komitəsi” (GSC), Türkiyə Gəmi İnşaatı Sənayeçiləri Birliyi (GISBIR), Avropa Dəniz Limanları Təşkilatı (ESPO), Beynəlxalq Gəmiçilik&Ticarət Asossiasiyası (WISTA) kimi beynəxalq qurum və təşkilatların rəsmi dəstəyi ilə “Beynəlxalq Yaşıl Gəmiçilik və Texnologiya” mövzulu sərgi-konfransı keçirilib.

200-ə yaxın beynəlxalq şirkət nümayəndəsinin iştirak etdiyi sərgi-konfransda beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri bağlanıb, biznes görüşləri baş tutub və tədbirdə yaddan qalan çıxışlar edilib. Avropanın bir sıra ölkələrinin, həmçinin Yunanıstanın nazirlik nümayəndələri də tədbirdə iştirak edib və tədbiri yüksək qiymətləndiriblər.

Qeyd etmək lazımdır ki, bu şirkətin ilk uğurlu tədbiri deyil. Bundan öncə 17-18 mart 2017-ci ildə “FA İnternational Trade Events” tərəfindən Bakı şəhərində “Beynəlxalq MDB Neft və Qaz sammiti” uğurla təşkil edilib.

“FA International Trade Events” şirkəti 17-18 aprel 2018-ci tarixində Bakı şəhərində “Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu sərgi-konfransı təşkil edəcək. Sərgi-Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal "nou-hau", xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.

Yunanıstanda keçirilən tədbirin qısa icmalı ilə aşağıdakı video-materialdan tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti