...

İri Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək (FOTO)

İqtisadiyyat Materials 7 Fevral 2018 11:32 (UTC +04:00)
İri Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək.
İri Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək (FOTO)

Bakı. Trend:

Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

AS Group-dan Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti xanım Luo Yan tərəfindən imzalanıb. Tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.

“AS Group Investment”in təsisçisi Ş.Mövsümov səfər çərçivəsində CAMCE-nin daxil olduğu Çinin nəhəng dövlət şirkətlər qrupundan biri olan “China National Machinery Industry Corporation Ltd”-nin (SINOMACH) vitse-prezidenti Liu Cin Jenqlə də görüş keçirərək qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. "Abşeron Aqro Park" ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib, burada pomidor və çiyələk istehsalatına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.

Hövsan qəsəbəsində yetişdirilən meyvə və tərəvəz yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. Bununla da dövlət başçısının iqtisadiyyatın prioriteti olaraq müəyyən etdiyi və uğurla həyata keçirilən qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac həcminin artımına, o cümlədən “Made in Azerbaijan” brendinin tanınmasına qatqı verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti