...

Bakıda “HOREX Caucasus 2018” sərgisi keçiriləcək

İqtisadiyyat Materials 6 Mart 2018 12:00 (UTC +04:00)
5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək.
Bakıda “HOREX Caucasus 2018” sərgisi keçiriləcək

Bakı. Trend:

5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətindən Trend-ə verilən məlumata görə, qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır.

Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti