...

Bakıda “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək

İqtisadiyyat Materials 12 Mart 2018 12:23 (UTC +04:00)
16-18 may 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək.
Bakıda “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək

Bakı. Trend:

16-18 may 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək.

Trend-in məlumatına görə, sərgi Kənd Təsərrüfatı Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Keçirildiyi 24 il ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti