...

Mərkəzi Bank uçot dərəcəsini 9,75 faizə endirdi (YENİLƏNİB)

İqtisadiyyat Materials 30 Oktyabr 2018 11:15 (UTC +04:00)
Mərkəzi Bank uçot dərəcəsini 9,75 faizə endirdi.
Mərkəzi Bank uçot dərəcəsini 9,75 faizə endirdi (YENİLƏNİB)

Bakı. Taleh Mursaqulov, İlhamə İsabalayeva - Trend:

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 30-da uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.

Trend-in məlumatına görə, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 faiz müəyyənləşdirilib.

İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib və 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8 faiz) aşağıda formalaşıb.

Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti