...

Dövlət Gömrük Komitəsi tərəfindən təlimlərə start verilib

İqtisadiyyat Materials 30 Oktyabr 2018 14:20 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi və təmsilçilik xidmətlərinin təkmilləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsinə start verilib.
Dövlət Gömrük Komitəsi tərəfindən təlimlərə start verilib

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi və təmsilçilik xidmətlərinin təkmilləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsinə start verilib. Komitədən Trend-ə verilən məlumata görə, təlimlər hər həftənin şənbə və bazar günləri (bayram günləri istisna olmaqla) qruplar şəklində saat 10:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.

Təlimlərdən uğurla keçən, bacarıqlı və işinə məsuliyyətli şəxslərə müvafiq bal sistemilə qiymətləndirilməklə sertifikatların verilməsi və ardıcıl olaraq işlə təmin olunmasına köməklik edilir.

Mövzular:

·Ümumi müddəalar;

·Gömrük rəsmiləşdirilməsi;

·Gömrük prosedurları;

·Gömrük bəyannamələrinin doldurulması qaydalarına uyğun tərtib olunması;

·Gömrük təmsilçiliyi və gömrük təmsilçilik xidmət növlərinin təşkil olunması.

Tələblər:

·35 yaşa qədər oğlanlar və qızlar

·Ali təhsil

·Hərbi xidmət

·Texniki biliklər

·Kompüter bilikləri (WORD/EXCEL/ İnternet ilə işləmək bacarığı)

Təlimlərdə iştirak etmək istəyən şəxslər tərcümeyi-halı(CV) elektron poçt ünvanına həftə içi I-V günlər göndərə bilərlər. Tərcümeyi-hal (CV) tərəfimizdən yoxlanıldıqdan sonra sizinlə əlaqə saxlanılacaq və ilkin qəbul vaxtı bildiriləcək.

Əlaqələndirici şəxs:

Anar Şükürov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,

"Azərterminalkompleks" Birliyi, Gömrük brokeri işinin təşkili şöbəsinin rəisi,

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 3

Dövlət Gömrük Komitəsinin Akademiyası

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 2

Tel: (+994) 12 447-16-38 , (+994) 12404-22-00/ 3224 , 3290 (həftə içi iş günləri 09:00-13:00)

Mob: (+994) 51226-40-10

Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti