Ötən il “Iteca Caspian” və “Сaspian Event Organisers” Azərbaycanda 22 sərgi keçirib

Ötən il “Iteca Caspian” və “Сaspian Event Organisers” Azərbaycanda 22 sərgi keçirib

Bakı. Trend:

2018-ci ildə “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) sərgi şirkətləri Azərbaycanda 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib və bu tədbirlər uğurla keçib.

“Iteca Caspian”dan Trend-ə verilən məlumata görə, həmin ildə 3 tədbir - Azərbaycan Beynəlxalq “Françayzinq” (“Caspian Franchise Forum 2018”) forumu, Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsulları (“Gift&Promo Fair”) sərgisi və Azərbaycan Beynəlxalq “Reklam və Çap işləri” (“AdPrint”) sərgisi ilk dəfə keçirilib.

2018-ci ildə regionda silah və hərbi texnika sahəsində ən böyük ekspozisiyalardan biri - müasir silah və texnikanın, Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi olan genişmiqyaslı “ADEX” müdafiə sərgisi üçüncü dəfə keçirilib. Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti IAPH BAKU 2018 Dünya Limanları Konfransı Çərçivəsində Sərgi, 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı, Avropa Şəhərciyi 2018, Naxçıvanda Avropa Günləri və digər tədbirlərinin təşkilində iştirak edib.

Ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil and Gas”, “ADEX”, “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına məktub ünvanlanyıb. Həmçinin sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli xarici qonaqlar, Azərbaycan Respublikasının nazirləri və başqa rəsmiləri ziyarət ediblər.

2018-ci ildə keçirilən sərgilərdə dünyanın 48 ölkəsini təmsil edən 1922 iştirakçı şirkət, habelə 64 ölkədən 69 812 ziyarətçi iştirak etmişdir. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sevindirici haldır ki, yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni əhatə etmişdir. Sərgilərdə 29 ölkələrdən 50 milli və regional stendlər təqdim olunmuşdur. Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Sərgiləri daha çox Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Ukrayna, BƏƏ, Belarus, İtaliya, Çin və Qazaxıstanı təmsil edən qonaqlar ziyarət etmişlər.

Bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Təbliğat bürosu, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, TRACECA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), IDEA, Beynəlxalq qurumları tərəfindən BMT-nin Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya-Sakit okean Turizm Assosiasiyası, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı.

2018-ci il sərgilərini dəstəkləyən strukturların sırasına Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOB) qoşulub. Beynəlxalq “Bakutel” sərgisində KOB Agentliyi ilə sərgi təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. KOB-un İdarə heyətinin sədri Orxan Məmmədov və “Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov tərəfindən imzalanmış bu memorandumda qeyd edilir ki, hər iki tərəf kiçik və orta biznesi təmsil edən şirkətlərin beynəlxalq sərgilərdə iştirakına kömək edəcək. İlk əməkdaşlıq təcrübəsi artıq “Bakutel 2018” sərgisində həyata keçirilib və tədbir çərçivəsində KOB tərəfindən təşkil edilmiş stenddə 10 şirkət iştirak edib. Sərginin yekunlarına əsasən, stend iştirakçılarından bir sıra müsbət rəy alınıb və onlar gələcəkdə də sərgilərdə iştirak sayəsində inkişaf etməyi və yeni əlaqələr qurmağı planlaşdırırlar.

2018-ci ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2018-ci ildə sponsorlar qismində SOCAR, BP, Maschio Gaspardo, NB Group, Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı, Equinor, Turkiye Petrolleri, Azeri Mi Drilling, Azfen, Baku Steel Company, Bos Shelf, Caspian Drilling, Caspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen, REC, INPEX, Mcdermott, Dentons, DOW, EGS, EY, Kaspersky Lab, Lamor, Nobel Upstream, SAP CIS, Petronas, SOCAR AQS, STP, TAP, Tenaris, Total, Azercell, Kapital Bank, AA Services, ölkə-tərəfdaş Bolqarıstan, Pasha Bank, Lilac, Bakı Konqres Mərkəzi, media tərəfdaşlar - Caspian Energy International Media Group, “Dom i İnteryer”, IHS Jane's Defence Weekly, Army Recognition çıxış etmişdirlər. 2018-ci ildə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətinin rəsmi tərəfdaşları qismində “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də Bagcam.az-uşaq guşəsi çıxış ediblər.

Müstəqil Azərbaycanda keçirilmiş ilk beynəlxalq sərgi və konfrans olan “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgi və konfransının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilib və tədbirdə dünyanın 38 ölkəsini təmsil edən 312 şirkət bir araya gəlib. Bu sərgini bir sıra yüksək səviyyəli xarici qonaqlar ziyarət edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Xəzər Neft və Qaz” sərgisi ilə tanış olublar. Sərginin birinci iş gününün əlamətdar hadisəsi isə “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə təşkilatçıların mükafatlandırılması olub, belə ki, Azərbaycanın inkişafına və xarici ölkələr ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Endryu Vud və Edvard Stron “Dostluq” ordeni ilə təltif olunublar. Azərbaycanda sərgilərin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti “Xəzər Neft və Qaz” sərgisində “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.

Bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edib. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Bununla əlaqədar olaraq “Xəzər Neft və Qaz” iştirakçı və təşkilatçılar tərəfindən Mərkəzi Botanika bağında ağac və çiçəklər əkilmiş və həmçinin abadlaşma işləri görünmüşdür.

Təşkilatçılar tərəfindən “Xəzər Neft və Qaz” sərgisində neftçi ixtisasını seçmiş ən yaxşı tələbələrə mükafatların təqdim edilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Tədbirdə eyni anda iki tələbə - Bakı Ali Neft Məktəbinin Sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadə “Xəzər Neft və Qaz” sərgisinin xüsusi mükafatına layiq görülüblər.

Bu il sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olundu. Belə ki, xüsusi olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunub. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və simvolik neft platformasını təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Bunlar 10 ildən artıq müddət ərzində “Iteca Caspian” şirkətində çalışan rəssam-dizayner Çinara Məmmədovanın müəllif rəsmləridir. Sərginin birinci günündə açılış mərasimində sonra Prezident İlham Əliyev poçt markalarına möhür vurdu.

Təşkilatçılardan daha bir suvenir yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olub. Kişi və qadınlar üçün nəzərdə tutulmuş “Caspian Gold” parfüm suyu Azərbaycan ətriyyatçıları tərəfindən hazırlanıb. Ətrin qablaşdırılmasının dizayner həlli da maraqlıdır. Damcını xatırladan orijinal flakon təbii ağacdan hazırlanmış qutuya yerləşdirilib. İstehsalçılar həmin qutuya içərisində bir neçə damcı Xəzər nefti olan başqa bir flakon da qoyublar. “Caspian Gold” ətir suyu hədiyyə kolleksiyasıdır və məhdud sayda hazırlanıb.

Beləliklə, sərgi və konfransın 25 illik yubileyinə həsr olunmuş əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaratdı. 2019-cu ildə “Xəzər Neft və Qaz” sərgisi 29 may -1 iyun ayının tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə “Bilgah Beach Hotel” mehmanxanasinda (30-31 may) keçiriləcək.

2018-ci il təşkilatçıların təşəbbüsü ilə hazırlanmış əlavə tədbirlər baxımından da zəngin olub. Belə ki, 240-dan artıq şirkət “B2B” (biznes-biznes) formatlı görüşlərdə iştirak edərək, gələcək tərəfdaşlar ilə təkcə stenddə deyil, həm də xüsusi platformada görüşlər keçirib, danışıqlar aparıb. Hər sərgi çərçivəsində xüsusi olaraq yeni istehsal məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün təqdimat zonası yaradılıb və şirkətlər burada öz yeni məhsullarını peşəkar ziyarətçilərə təqdim edib, eləcə də defile və debatlar keçiriblər.

“Bakutel” sərgisi çərçivəsində ilk dəfə olaraq “Bakutel Tech Talks” müzakirə platforması təşkil edilib. Üç panel – “Bizimkilər”, “Baxış bucağınızı bizimlə İT-iləyin” və “İdeyadan biznesə” 850 nəfərdən artıq insanı bir araya gətirib. Tədbir xüsusunda bir sıra müsbət rəy səsləndirilib, belə ki, bu proqram sənayeni narahat edən aktual məsələlərə toxunmaqla yanaşı, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq yaratmağa nail olub və startap-lara öz layihələrini reallaşdırmaq istiqamətində kömək edib.

2018-ci ildə “Iteca Caspian” və “CEO” şirkətləri eksponentlərin sərgilərdə iştirakının səmərəliliyini artırmaq məqsədi ilə onlar üçün bir sıra tədbirlər təşkil edib. Belə ki, “Worldfood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil & Gas”, “TransCaspian”, Road & Traffic”, “Gift & Promo Fair”, “AdPrint”, “BakuBuild”, “Aquatherm Baku”, “Education” və “Bakutel” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub və bu tədbirlərdə eksponentlər və təşkilatçılar komandası iştirak edib. Səhər yeməyi zamanı sərgilərdə uğurlu iştirak düsturunun təqdimatı keçirilib və stendin təşkili, personalın hazırlanması, ziyarətçilərin stendə cəlb edilməsi və bir sıra digər sahələr üzrə əsas məsələlərə toxunulub.

Təşkilatçılar sərgilər çərçivəsində KSM üzrə “Çünki biz qayğı göstəririk” layihəsini davam etdirir. Bunun üçün foyedə xüsusi stend təşkil edilib və sərgi çərçivəsində kiçik biznesin təmsilçiləri, əl işi üzrə ustalar öz məhsul və layihələri ilə iştirak ediblər.

Təşkilatçılar hələ ilin birinci yarısında öz sosial məsuliyyət proqramı çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb. Bu proqrama uyğun olaraq, şirkətlər istifadə edilmiş bütün kağız məmulatları ofisdən emal və təkrar istifadəyə verir. Bundan başqa, sərgidə istifadə olunan istər ziyarətçi, istərsə də iştirakçı “beyc”ləri (döş nişanları) kağızdan hazırlanmağa başlanıb. Hər sərgini orta hesabla 5000 insan ziyarət edir. Kağız “beyc”lərə keçid plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Növbəti ildən etibarən sərgilərdə plastik paketlərin istifadəsindən tamamilə imtina etmək və təkrar emal edilmiş kağız paketlərə keçid nəzərdə tutulub.

Payız mövsümü ərəfəsində ticarət-sənaye sərgilərinin təşkilatçıları tərəfindən yeni layihəyə - təşkilatçıların sərgilər çərçivəsində keçirməyi planlaşdırdığı bütün sərgi tədbirləri və yenilikləri barədə məlumatların verildiyi elektron qəzet layihəsinə start verilib. Elektron qəzetin növbəti buraxılışının 2019-cu ilin fevral ayında işıq üzü görməsi planlaşdırılıb.

Hazırda maraqlı tədbirlər ilə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq işləri gedir. 2019-cu ildə sərgi operatorları 23 layihəni həyata keçirəcək. 2019-cu il həm də 4 sərgi layihəsinin yubileyi ilə əlamətdar olacaq. “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutaraq, peşəkarların böyük sayda ziyarətçi cəlb edən ənənəvi görüş yerinə çevrilmişdir. Yubiley tədbirlər üçün xüsusi proqram planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş nümayiş etdirməyə imkan yaradacaqdır. Bundan başqa, 2019-cu ildə bir sıra ənənəvi sərgilər rebrendinq prosesindən keçməklə yeni imic qazanacaq. 2019-cu ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında www.iteca.az və www.ceo.az tanış olmaq mümkündür.

#ItecaCaspian #CaspianEventOrganisers #BakuExhibitions

İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Loading Bars
Xəbər lenti
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Dünya prokurorlarına müraciət ünvanlanıb
İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir
Üzərində "Karabakh is Azerbaijan" yazıln promo avtomobillər London küçələrində (FOTO/VİDEO)
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
Kamran İmanov: Ermənistanın törətdiyi vandalizm və barbarlıq hərəkətləri insanlığa qarşı cinayətdir (FOTO)
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkilir
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO)
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan: Münaqişənin sülh yolu ilə həlli mümkün deyil
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bəziləri deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacağıq... - Deputat
Bütün xəbərlər