...

"Siyəzən Broyler" ASC artıq Orqanik Gübrə istehsalına başlayıb (FOTO/VİDEO)

İqtisadiyyat Materials 31 İyul 2019 11:40 (UTC +04:00)
Əkinçilik və kənd kənd təsərrüfatında önəmli və ən əsas məsələlərdən biri orqanik gübrədir.
"Siyəzən Broyler" ASC artıq Orqanik Gübrə istehsalına başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Əkinçilik və kənd kənd təsərrüfatında önəmli və ən əsas məsələlərdən biri orqanik gübrədir. Nəzərinizə çatdırmaq istəyirik ki, Siyəzən Broyler ASC artıq orqanik gübrə istehsalına başlamışdır!

Siyəzən orqanik gübrəsi - istehsal zamanı toyuq peyinin bioloji mayalandırılmasından sonra əldə olunur. Toyuq damlarından götürülən qatqı daha sonra ən az 60 gün çürütmə mərhələsinə göndərilir və mayalandırılır, bunun nəticəsində isə təbii gübrə əldə olunur.

Mayalanma əsnasında əvvəlcədən toyuq peyinində olan lakin, bitkilərə birbaşa fayda etməyən bir sıra mikro və makro qida elementləri də, bitkilər üçün yararlı hala gətirilir.

Bioloji fermentasiya (və ya mayalanma) bir maddənin faydalı bakteriyalar, mikroorqanizmlər vasitəsitəsilə bölünüb-parçalanmasına əsalanan bir üsuldur. Bu parçalanma sayəsində bitkilər daha əvvəl qida elementi kimi yararlana bilmədiyi maddələrdən fayadalanır. Bununla yanaşı, bioloji parçalanma prosesinin başlanğıcında və sonrasında bitkilər üçün zərərli olan metan kimi qazlar mühitdən götürülür.

Nəticədə alınan xammal, yəni mayalandırılmadan əvvəl bitkilərin tam şəkildə qidalana bilmədiyi və əksinə yandırıcı təsirə malik peyin torpağı, münbit hala gətirilir və bitkilər üçün qida mənbəyinə çevrilən bir maddə halını alır.

Onu da qeyd etmək lazımdır ki, Siyəzən Orqanik gübrəsi digər gübrələrdən 40-60% daha məhsuldar nəticə göstərir. Bu nəticə laboratoriya yoxlamaları və təcrübələr əsasında qeydə alınmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Türkiyənin Təsərrüfat Nazirliyi, Torpaq Gübrə və Su Mənbələri Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən analizlər nəticəsində istehsal prosesinin, beynəlxalq standartları yüksək göstəricilərlə qarşıladığı - sertifikatla təsdiqlənmişdir.

Əkin sahələrinin daha məhsuldar olamsı, bol məhsul verməsi üçün bu vacib elementi təbii şəkildə istifadə etmək çox xeyirli və faydalı bir addımdır. Məhsulunuzun təbii yetişməsinin təməlini Siyəzən təbii gübrəsi ilə qoyun.

Siz də əkin sahənizin məhsuldarlığının artırılması üçün Siyəzən orqanik gübrəsini almağa tələsin. Orqanik gübrənin satışı açıq şəkildə həyata keçirilir, minimum sifariş miqdarı isə 1 ton təşkil edir. Orqanik gübrənin çatdırılma qiyməti xaric, 1 tonu 130 AZN olmaqla satışı həyata keçirilir.

Məhsulunuz bol olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti