...

Siyəzən Dadlı toyuğun evinə səyahət 1984-2019 (VİDEO)

İqtisadiyyat Materials 1 Oktyabr 2019 11:55 (UTC +04:00)
Müasir zamanda sağlam və düzgün qidalanma bir çox faktorlardan asılıdır.
Siyəzən Dadlı toyuğun evinə səyahət 1984-2019 (VİDEO)

Bakı. Trend:

Müasir zamanda sağlam və düzgün qidalanma bir çox faktorlardan asılıdır. Mətbəximizə daxil olan məhsulun necə hazırlanmasına, yeməyin dadlı olmağına əlbəttə ki, hər zaman önəm veririk. Bəs seçilən məhsul necə? Rasionumuzun kifayət qədər böyük hissəsini tutan toyuq və toyuq məhsulları alarkən hansı prinsipləri əsas götürürük? Çünki bugünkü düzgün seçimimiz sağlamlıqla bərabər gələcək nəslimizin də gümrahlığına birbaşa dəlalət edir.

“Siyəzən Broyler” ASC quşçuluq fabriki sağlamlığınızın keşiyində dayanaraq həm dadlı, keyfiyyətli, həmçinin halal və gigiyenik təmiz məhsulları ilə evinizə qonaq gəlir. Siz sadəcə evinizə toyuq alırsız. Geridə qalanını isə biz düşünürük. Təmiz yemlə bəslənmiş toyuqlar dadı ilə bərabər keyfiyyəti ilə də mətbəxinizin sevilən, seçilən qidası olacaq.

Daim halallığı düşünən alıcılar isə könül rahatlığı ilə "Siyəzən Broyler" məhsullarını ala bilərlər. Çünki "Siyəzən Broyler"in toyuqları halallıq prinsiplərini əsas götürərək kəsilir, təmizlənir. Bu prosesdə gigiyenik qaydalara da standartlara uyğun şəkildə əməl olunur. Sağlamlığa gedən yol ilk olaraq qidadan keçir. Qida rasionunuzun əsas hissəsini tutan toyuq və toyuq məhsullarının dadlı, keyfiyyətli, həmçinin halal və gigiyenik olmasını istəyirsizsə "Siyəzən Broyler"in məhsulları ən doğru seçiminizdir. “Siyəzən Broyler” ASC təsis olunduğu gündən bu vaxta qədər istehsal etdiyi məhsulların keyfiyyətini, eyni zamanda istehlakçının tələbatlarına önəm verərək istehsalını bu istiqamətdə mütəmadi olaraq inkişaf etdirir.

Siyəzən - Broyler ASC-nin Ulu Öndər, Müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin şəxsi təşəbbüsü və böyük dəstəyi ilə ötən əsrin 80-ci illərində tikilib istifadəyə verilmişdir. Ulu Öndər o, zaman Sovetlər birliyinin rəhbərliyində yüksək vəzifədə təmsil olunmasına baxmayaraq vaxt tapıb fabrikin açılışını etmiş və onun fəaliyyətinə öz xeyir-duasını vermişdir. 1984-cü ildə tikilib istifadəyə verilmiş, hal-hazırda Respublikanın və bütün Qafqazın ən iri ətlik istiqamətli quşçuluq fabriki 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Fabrikin istehsal həcmi aparılmış yenidənqurma işləri nəticəsində o gündən bu günə qədər 4 dəfə artırılmışdır

Artıq 35 ildir ki, “Siyəzən Broyler” ASC fabriklərində bir çox çeşiddə quş əti istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və yüksək keyfiyyətli yemlə bəslənir. 35 illik fəaliyyəti ərzində əhalinin tələbatını yüksək səviyyədə ödəməyə nail olan “Siyəzən Broyler”ASC quşçuluq fabriki yenilənməni, müasir standartları istehsal prosesinə gətirməyi də özünə borc bilir.

2018-ci ildən etibarən “Siyəzən Broyler” ASC fabriklərində yenidənqurma və bərpa işlərinə başlanılıb. Bunun üçün müəssisə dünyanın aparıcı şirkətlərindən olan Hollandiyanın “VDL Agrotech”, “Meyn” və “Pas Reform” şirkətləri ilə müqavilə imzalayib. Bundan əlavə, “Siyəzən Broyler” məhsulların qablaşdırmasını da yeniləyib. Beləliklə, Dadlı Toyuğun keyfiyyəti daha da yüksək səviyyəyə qalxmışdır.

Keçirilən tədbirlər nəticəsində “Siyəzən Broyler” ASC-nin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanıb. Dünya standartlarına uyğun qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş fabrik təyinatına görə respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı statusunu bu günə qədər qoruyub saxlayır.

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Respublikanın bütün regionlarını yüksək keyfiyyətli məhsulla təmin edən “Dadlı Toyuq” yeni sima, yeni keyfiyyəti ilə görüşünüzə hazırdır.

Təmiz, dadlı, keyfiyyətli və halal toyuq məhsullarının mətbəxinizə doğru ilk addımı əlbəttə ki, Siyəzən Broyler ASC-nin inkubatoriyasından başlayır. Toyuq istehsalı prosesinin birinci mərhələsində yumurtalar inkubatoriyada 21 gün saxlanılır. Onu da qeyd edək ki, daha öncə mövcud olan inkubatoriyanın aylıq həcmi 2,2 milyon yumurta təşkil edirdi. lakin davamlı inkişafı özünə prinsip seçən "Siyəzən Broyler" ASC yeni müasir inkubatoriyanın tikintisinə başlayıb. Bu sahədə ən qabaqcıl şırkətlərdən olan Hollandiyanın Pas Reform şirkəti ilə müqavilə imzalayaraq, əlavə 2,5 milyon yumurta qoyulmasına imkan verən yeni müasir inkubatoriyanın tikilməsinə start verib. Hazırda inkubatoriyanın tikintisi davam edir.

Nəzərə alsaq ki. "Siyəzən Broyler" ASC Bakı və Sumqayıt şəhərlərini, həmçinin Respublikanın bütün regionlarını yüksək keyfiyyətli məhsulla təmin edir, yenidənqurma işləri bu sayı artırmaqla yanaşı keyfiyyətə də müsbət nəticələr verəcək.

Süfrənizi şad günlərdə bəzəyən dadlı toyuqların ikinci dayaq nöqtəsi cücə damlarından başlayır. Aparılan yenidənqurma və bərpa işləri nəticəsində 168 dam bərpa olunub istismara verilib. həmçinin 168 damın yerinin və ətrafının betonlaşdırılması işi həyata keçirilib.

Bundan əlavə, fabrikdə Hollandiyanın VDL Agrotech şirkətinin müasir avadanlıqları ilə təchiz olunmuş 42 yeni damın tikintisinə başlanılıb. Həmin damların hər biri 35.000 ədəd quş tutumuna malikdir. Hazırda cücə damlarının elektrik, su və kanalizasiya xətlərinin tamamilə dəyişdirilməsi prosesi ilə yanaşı biogüvənliyin və iş şəraitinin artırılması məqsədi ilə fabrik daxilində əlavə yollar çəkilib, ətraf ərazilər tamamilə asfaltlanıb.

Növbəti mərhələ quşların düzgün və təmiz yemlə bəslənməsidir. Əgər bəslənmə sağlam deyilsə heç bir keyfiyyətdən söz gedə bilməz. ataların yaxşı misalı da var "nə tökərsən aşına, o da çıxar qaşığına". Toyuqlar yaxşı qida ilə qidalanmasa əti də dadlı olmaz.

“Siyəzən Broyler” ASC-nin yem fabriki 2017-ci ilin sentyabr ayından etibarən yenidən qurulmağa başlandı. Fabrikdə saatda 20 ton yem istehsal gücü olan müasir avadanlıqlar və saatda 10 ton emal gücü olan Ekstruder avadanlığı quraşdırıldı. Müəssisənin ərazisində yem fabrikinin tələbatının ödənməsi və əlavə xammal ehtiyatının saxlanılması üçün 4 ədəd 2000 tonluq silos və hazır yemin saxlanması üçün 8 ədəd 50 tonluq bunkerlər tikildi. Əlavə saatda 30 ton istehsal gücü olan yeni yem fabriki inşa olunur.

Ən əsası isə gətirilən xammal fabrikin ərazisində yenidən qurulmuş və müasir standartlara cavab verən laboratoriyada yoxlanılır.

Gətirilən xammalların birbaşa yem fabrikinə daşınması yaxınlıqdakı dəmir yolu vasitəsilə həyata keçirilir. Müəssisənin balansında olan və 3 km məsafədə yerləşən həmin dəmir yolları tamamilə yenilənib.

Toyuqların sağlam qidalanması onların keyfiyyətinə dəlalət edir. Siyəzən Broyler məhsulları rahatlıqla güvənə biləcəyiniz seçimdir.

Son mərhələ kimi toyuqların gigiyenik qaydalara və halal prinsiplərə əməl olunaraq kəsilməsidir

“Siyəzən Broyler” ASC daha yüksək xidmət göstərmək məqsədi ilə fabrikinin kəsimxanasında yenidənqurma işləri aparıb.

Hollandiyanın "Meyn" firması ilə imzalanmış müqaviləyə əsasən bütün kəsimxana ən müasir tələblərə cavab verən, istehsal gücü saatda 10.000 ədəd quş olan avadanlıqlarla təchiz olunub. Bundan əlavə Meyn firması ilə imzalanmış müqaviləyə əsasən istehsal gücü saatda 12.000 ədəd quş olan yeni kəsimxananın tikintisi başa çatmaq üzrədir.

Keçirilən tədbirlər nəticəsində Müəssisənin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanıb. Aparılan yenidənqurma işləri və iki növbəli iş rejiminin tətbiqi gün ərzində 250 min baş quşun kəsilərək emal olunmasına imkan yaradır

Hazırda fabrikin ümumi ət istehsal qabiliyyəti aylıq olaraq 5000-6000 ton, illik isə 65000-72000 tondur.

Kəsilmiş toyuqlar kəsimxana daxilində yeni inşa edilmiş və müasir tələblərə cavab verən 15 ədəd saxlama kamerasında hər biri mənfi 18-20 dərəcə və hər biri mənfi 35-40 dərəcə temperatur olan 7 ədəd şok kamerasında saxlanılır. Hər bir şoklama kamerası 15 ton, saxlama kameraları hər biri bütövlükdə 4000 ton ət saxlamağa qadirdir.

Qeyd etmək lazımdır ki, Kəsimxana bölməsində fəaliyyət göstərən qəssablar namaz qılan, mömin şəxslərdən seçilmişdir. Müəssisədə yetişdirilən cücələr islami qaydalara uyğun olaraq, üzü qibləyə və Bismilləh ilə kəsilir. Bundan əlavə, kəsimxana ərazisində gigiyena və biogüvənliyin artırılması məqsədi ilə döşəmə örtüyü dəyişdirilib, təmizləmə və havalandırma sistemləri müasir sistemlərlə əvəz edilib.

"Siyəzən Broyler" ASC fabriki Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçib və reyestrdən çıxarış təqdim olunub. Həmçinin müəssisənin bütün istehsalat zənciri beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırılaraq HACCP, ISO 22000-2005, MS 1500-2009 sertifikatlarına layiq görülüb

Həmçinin “Siyəzən Broyler” üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət edib və təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılıb. Heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılıb. Həmçinin “Siyəzən Broyler” məhsullarına Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən halallıq sertifikatı da verilib. Daim halallığı düşünən alıcılar könül rahatlığı ilə "Siyəzən Broyler" məhsullarını ala bilərlər.

Hazır məhsullar mütləq şəkildə laborator analizlərdən keçir. Qeyd olunduğu kimi həm inkubasiya yumurtaları və yem məhsulları, həmçinin istehsal olunan ət və ət məhsulları ümumiyyətlə bütün istehsal prosesi laboratoriya müayinəsindən keçir. Bu da "Siyəzən Broyler" ASC fabrikinin istehsal etdiyi məhsullarına olan məsuliyyətindən irəli gəlir.

Keyfiyyət Departamentinin tərkibində mövcud olan Keyfiyyətə Nəzarət Laboratoriyasında 2018-ci ildən yenidənqurma işləri başlanaraq uğurla həyata keçirilib. İlkin olaraq Laboratoriya binası əsaslı təmir olunub və bina müasir avadanlıqlarla təchiz olunub.

Burada ən müasir analiz metodları ilə nəzarət, ölçü və analizlər aparılır. mikobioloji analız, qan analizi, hazır məhsulun analizinin aparılması quş məhsulu istehsal prosesinə olan peşəkar münasibətin göstəricisidir.

İstehsal prosesləri zənciri boyunca aparılmış təhlillərdən sonra müəyyən edilmiş Kritik Nəzarət Nöqtələrində davamlı olaraq laborator müayinələr aparılır.

“Siyəzən Broyler” ASC ətraf mühitin çirklənməsinə - ekologiyaya qarşı olduqca diqqətlidir. Elə buna görədir ki, Azərbaycanda ilk və yeganə olan fabrikdə tullantıların emalı zavodu istismara verilib. Kəsim zamanı yaranan tullantılar həmin zavoda göndərilək ətraf mühütün çirklənməsinin tam qarşsını alır. Müasir tələblərə uyğun tikilmiş zavodda günlük 150 ton tullantını emal etmə gücü olan Hollandiya və Türkiyə istehsallı müasir avadanlıqlar quraşdırılıb. Burada tullantıların emalı prosesi ən müasir formada həyata keçirilir. 2 ədəd 8 tonluq bişirmə qazanı 16 min kq, 2 ədəd 4 tonluq buxar qazanı 8 ton məhsul istehsalı gücünə malikdirlər.

"Siyəzən Broyler" ASC fabriki yenidənqurma ilə yanaşı istehsal sahəsini bir qədər genişləndirərək meyvə bağları və müasir istixana kompleklərinin qurulmasını həyata keçirməyə başlayır. Fabrikdə quş zılından ay ərzində 3500 ton orqanik gübrə istehsal olunur və artıq bu orqanik gübrə məhz fabrikin öz əkin sahələrinə yönləndirilir.

"Siyəzən Broyler" ASC ərazisində meyvə bağları və istixanaların ümumi sahəsi 370 hektar təşkil edir. Bunun 250 hektarı meyvə bağlarının, 100 hektarı yem üçün istifadə olunacaq qarğıdalı, soya bitkilərinin və 20 hektarı müasir istixana komplekslərinin payına düşür. Meyvə bağlarında 66500 ədəd badam ağacı, 52500 ədəd zeytun ağacı əkilib. İstixana komplekslərində isə 6 min ədəd nektarin ağacları, 5400 ədəd alça ağacları, 5300 ədəd ərik ağacı və eyni sayda şaftalı ağacı əkilib.

Əkin sahələrində müasir damlama sulama sistemlərinin qurulması prosesi uğurla həyata keçirilir. İstixanlarda sulama və damlama borularının ümumi uzunluğu 68 km təşkil edir. Meyvə bağlarında isə bu boruların ümumi uzunluğu 850 km-dir. Eyni zamanda 600 hektar ərazinin torpağı düzləndirilərək əkinə yararlı hala gətirilib.

Ən müasir avadanlıqlarla təchiz olunan, istehsal sahəsini genişləndirən "Siyəzən Broyler" ASC fabriki sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulub və bu prinsipi yenidənqurma prosesində də qoruyur.

Yenidənqurma işləri təkcə fabrikin məhsul istehsal bölgəsinə, avadanlıqların yenilənməsi ilə yekunlaşmır. eyni zamanda 10.000 kilovatlıq yüksək gərginlikli elektrik xəttlərinin tamamilə dəyişdirilərək yerin altına salınması, 2 km uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi, su xətlərinin dəyişdirilməsi, 6 km uzunluğunda yeni qaz magistral xəttinin çəkilməsi, həmçinin fabrikin bütün ərazilərinin asfaltlanması, yeni yolların çəkilməsi,zonalar arası yolların asfaltlanması prosesi də uğurla həyata keçirilir.

"Siyəzən Broyler" ASC daim öz işçi kollektivinin də qayğısına qalmaqdadır. Qeyd etmək lazmdır ki, iş fəaliyyəti ərzində, hər bir işçi gündə 3 dəfə olmaqla qidalanma və nəqliyyat xidmətləri ilə təmin olunur. Həmçinin növbəli iş qrafiki ilə çalışan işçilər üçün müəssisə ərazisində 3 mərtəbəli yataqxana müasir standartlara uyğun olaraq təmir olunub və işçilərin asudə vaxtının xoş və səmərəli keçirilməsi üçün hər bir şərait qurulub.

"Siyəzən Broyler" ASC sizin gələcəyinizi düşünən müəssisədir. 1200-dən artıq işçi sayı təşkil edən kollektivlə daim sizin üçün çalışırıq. Çünki bu gün evinizə daxil olan qida sabahki nəslimizin təminatçısıdır. Ona görə də keyfiyyətli, dadlı , gigiyenik və standartlara uyğun qidaya qapı açın ki, xəstəlik evinizdən uzaq olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti