...

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

İqtisadiyyat Materials 25 Noyabr 2019 08:10 (UTC +04:00)
Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmalar 10,3 milyon manat təşkil edib.
Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Bakı. Trend:

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmalar 10,3 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 2,3 milyon manat və yaxud 28,75% çoxdur.

2019-cu ildə qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı 261 müqavilə bağlanılıb, 450 müqavilənin müddəti artırılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanılıb, 34 icarə müqaviləsinin müddəti artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti