...

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

İqtisadiyyat Materials 13 Yanvar 2020 18:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əsas fəaliyyət istiqamətlərindən biri də startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməkdir.
KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əsas fəaliyyət istiqamətlərindən biri də startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməkdir.

KOBİA-dan Trend-ə verilən məlumata görə, 2019-cu ildə Agentliyin dəstəyi ilə 150-dən çox KOB subyekti 15 ixtisaslaşmış sərgi və yarmarkada ödənişsiz olaraq iştirak edib. Bu dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edib, satış imkanlarını genişləndirib, yeni biznes əlaqələri qurublar.

Sərgi və yarmarkaların təşkilində KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), biznes tərəfdaşlığı platforması çərçivəsində BP, “AzerTelecom”, “ZiraatBank”, “Paşa Holdinq” kimi şirkətlərlə əməkdaşlıq edib. Belə sərgi və yarmarkalarda startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilib.

2020-ci ildə də KOBİA ölkəmizdə və xaricdə keçirilən sərgi və yarmarkalarda KOB-ların iştirakına dəstəyini davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti