...

AMB: Bugünkü valyuta hərracında tələb tam təmin edilib

İqtisadiyyat Materials 19 Mart 2020 14:28 (UTC +04:00)

Bakı. Trend:

Martın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən Trend-ə bildirilib ki, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti