Bakı. Trend:
Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qəhrəmanlıq salnaməsi yazan ordumuza maddi-mənəvi dəstək məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan "ASK Ayaqqabı Fabriki" MMC-in əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq əmək haqlarını ianə ediblər.
Ön və arxa cəbhənin qələbə naminə, Vətən adlı müqəddəs amal uğrunda bir yumruq kimi birləşdiyi bu günlərdə "ASK Ayaqqabı Fabriki" MMC Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin müraciəti əsasında cəbhədə vuruşan igid oğullarımızı əsgər çəkmələri ilə təmin edib.
Qeyd olunmalıdlr ki, "ASK Ayaqqabı Fabriki” MMC AR Müdafiə Nazirliyi və AR DİN-nin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalı ilə məşğuldur.