...

Yelo Bank yeni veb saytını təqdim edir

İqtisadiyyat Materials 3 Noyabr 2020 16:00 (UTC +04:00)
Yelo Bank yeni veb saytını təqdim edir

Bakı. Trend:

Azərbaycanın ən etibarlı banklarından biri olan “Yelo Bank” yenilənmiş siması ilə müştərilərini sevindirməyə davam edir.

Təqdim olunan xidmətlərimizi daha da əlçatan etmək məqsədilə rəqəmsal həllərimizin keyfiyyətini daima artırırıq.

Bu baxımdan, yenicə istifadəyə verilən, müasir və parlaq dizaynı ilə seçilən – www.yelo.az veb saytımızı təqdim edirik. Müştəri yönümlü, funksional və rahat saytımız “Fərdi”, “Biznes” və “Bank Haqqında” olmaqla 3 əsas bölmədən ibarətdir.

Bir-birindən fərqlənən fərdi və biznes müştərilər üçün uyğunlaşdırılmış interfeyslərdə məhsul və xidmətlərlə yanaşı, kampaniyalar, ən son xəbərlərə çıxış imkanı verən “Story” bölməsi, kredit, internet və mobil bankçılıq, valyuta konvertoru kimi faydalı alətlər, əmanət kalkulyatoru və digər faydalı keçidlər yerləşdirilib.

Müştərilərimizin rahatlığı üçün bank məhsullarının sifarişi maksimum sadələşdirilib və saytın istənilən səhifəsindən sifariş səhifəsinə keçid imkanı yaradılıb.

Bundan əlavə, rahat naviqasiya sistemi vasitəsilə istifadəçilər saytın istənilən bölməsinə bir kliklə keçə, axtardıqlarını tez tapa və detallı məlumat əldə edə bilər.

Yelo-nu izləməyə davam edin və parlaq bankçılığın üstünlüklərini birinci siz kəşf edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti