Bakı. Orxan Nəbiyev - Trend:
2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 54,1 faiz artaraq 75,785 milyon dollar olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Fevralda Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 51,7 faiz artıb və 40,818 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4,6 faiz artaraq 3,315 milyard dollar təşkil edib.
Son 12 ay ərzində (fevral 2020 - fevral 2021) Türkiyə 18,399 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.