...

İşlənmiş yataqların dövlətə geri qaytarılması ilə bağlı yeni standartlar hazırlanır

İqtisadiyyat Materials 9 Mart 2021 17:28 (UTC +04:00)
İşlənmiş yataqların dövlətə geri qaytarılması ilə bağlı yeni standartlar hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Qanunvericiliyin tələblərinə görə, istifadə edilmiş Yer təki sahələri dövlətə geri qaytarılarkən orada rekultivasiya işləri aparılmalıdır. Amma çox təəssüflər olsun ki, Yer təkindən istifadə edildikdən sonra rekultivasiya işləri aparılmır.

Trend-in məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün agentlik tərəfindən vahid rekultivasiya standartları hazırlanır. Rekultivasiya metodları AMEA-nın alimləri ilə birlikdə hazırlanır.

S.Qurbanov qeyd edib ki, bu standartlar hökumət tərəfindən təsdiq edildikdən sonra bütün sahibkarlar bu sənədə uyğun rekultivasiya işləri aparmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti