Bakı. İlhamə İsabalayeva - Trend:
ETSN yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirilir.
Trend-in məlumatına görə, iddiaçılar Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri 09 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim etməlidir.