...

Dövlət vəsaiti ilə maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni metod tətbiq ediləcək

İqtisadiyyat Materials 29 May 2021 10:30 (UTC +04:00)

Bakı. Trend:

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edilib.

Qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:
- Tikintidə üstəlik xərclərin normativləri;
- Tikintidə smeta gəlirinin normativlərı;
- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;
- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;
- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;
- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti