...

"Ford" şirkəti Rusiyada fəaliyyətini dayandırır

İqtisadiyyat Materials 2 Mart 2022 03:18 (UTC +04:00)
"Ford" şirkəti Rusiyada fəaliyyətini dayandırır

Bakı. Trend:

Amerikanın “Ford” avtokonserni Ukraynadakı hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Trend xəbər verir ki, bu barədə istehsalçının rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

"Mövcud vəziyyətlə əlaqədar olaraq, biz bu gün müəssisə üzrə tərəfdaşlarımıza məlumat vermişik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti xəbərdarlığa qədər dayandırırıq", - bəyanatda qeyd olunur.

Həmçinin vurğulanır ki, "Ford" son bir neçə il ərzində Rusiyada fəaliyyətinin həcmini azaldıb.

Şirkət həmçinin Ukraynaya dəstəyini ifadə edərək humanitar məqsədlər üçün xüsusi fonda 100 min dollar köçürmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti