Bakı. Trend:
Rusiyanın Volqoqrad boru xətləri üçün beton örtükləri istehsalı zavodu Azərbaycandan maqnetit filizi tədarükünü həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Rusiya mətbuatına açıqlamasında müəssisənin baş direktoru Andrey Rındovski deyib.
O bildirib ki, zavod əvvəllər xammalı İsveçdən əldə edirdi.
"Zavodumuz üçün əsas xammal növlərindən biri boruların üzərinə çəkilən ağır beton qatışıqların hazırlanması üçün tələb olunan ağır maqnetit filizidir. Əvvəl bu xammal İsveçdən tədarük olunurdu. Amma indiki şəraitdə İsveç tədarükü məhdudlaşdırır, ona görə də biz dost ölkə qismində Azərbaycanla yeni kanallar yaratmaq və istehsalın davamlılığını təmin etməyi planlaşdırırıq", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)