...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 2 Sentyabr 2022 10:22 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 1-də 95,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,07 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,1 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti