...

Bu gün Bakıda üç beynəlxalq sərgi işə başlayıb (FOTO)

İqtisadiyyat Materials 19 Oktyabr 2022 10:32 (UTC +04:00)
Bu gün Bakıda üç beynəlxalq sərgi işə başlayıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda üç beynəlxalq sərgi işə başlayıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, sərgilərdə dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonlarla təmsil olunur.

Sərgilər oktyabrın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti