...

Türkiyə Mərkəzi Bankının ehtiyatları 125 milyard dollara çatıb - Mərkəzi Bankın rəhbəri

İqtisadiyyat Materials 7 Dekabr 2022 03:12 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankının ehtiyatları 125 milyard dollara çatıb - Mərkəzi Bankın rəhbəri

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankının ehtiyatları 125 milyard dollara çatıb.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı TRT telekanalına açıqlamasında Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu deyib.

"Dünyada 2022-ci ilin əvvəlindən ehtiyatları artan yeganə mərkəzi bank Türkiyə Mərkəzi Bankıdır. Biz ehtiyatlarımızı şaxələndirilmişik və resurslarımızı artırmışıq. Dünyanın mərkəzi bankları ehtiyatlarının 1,2 trilyon dollarını xərcləyib. Bu gün ehtiyatlarımız 125 milyard dollar təşkil edir", - deyə Ş.Kavcıoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti