...

Azərbaycanda nağdsız əməliyyatlarda artım qeydə alınıb - Mərkəzi Bank

İqtisadiyyat Materials 13 Dekabr 2022 14:48 (UTC +04:00)
Azərbaycanda nağdsız əməliyyatlarda artım qeydə alınıb - Mərkəzi Bank
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda nağdsız əməliyyatların həcmi təxminən 12 faiz artıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Osmanov qeyd edib ki, COVID-19 pandemiyası maliyyə və rəqəmsal xidmətlərin inkişafını sürətləndirib.

Onun sözlərinə görə, maliyyə bazarında mövcud riskli qlobal vəziyyəti nəzərə alaraq, AMB Azərbaycanda daha təhlükəsiz, daha innovativ və rəqabətədavamlı bazar yaratmaq üçün səylər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti