...

Azərbaycan və AYİB arasında əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Materials 19 Yanvar 2023 17:14 (UTC +04:00)
Azərbaycan və AYİB arasında əməkdaşlıq müzakirə olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfdaşlığın hazırki vəziyyətini, birgə layihələrin reallaşdırılmasını və perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Trend-in bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən məlumatına görə, müzakirə İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədovun AYİB-in siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanla görüşü zamanı baş tutub.

Görüş zamanı nazir müavini Azərbaycanın bankla əlaqələrin inkişafına böyük önəm verdiyini, AYİB-in etibarlı tərəfdaş olduğunu və ölkənin iqtisadiyyatının inkişafına uzunmüddətli və davamlı dəstək göstərdiyini vurğuladı.

Bundan başqa, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neft sektorunun inkişafı, investisiyaların stimullaşdırılması və biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərə dair məlumat verildi.

AYİB-in siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman isə öz növbəsində bankın Azərbaycanla əməkdaşlığının səmərəli olduğunu və ölkədə aparılan iqtisadi islahatları dəstəklədiyini bildirib.

Bundan əvvəl AYİB-in vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqazda siyasət və tərəfdaşlıq məsələləri üzrə icraçı direktoru Matteo Patronenin Azərbaycana səfər edəcəyi deyilmişdi. AYİB rəsmilərinin səfəri 2023-cü ilin 16-19 yanvar tarixlərinə planlaşdırılmışdı.

Xatırladaq ki, 2022-ci il dekabrın birində AYİB layihələrinin Azərbaycandakı kredit portfeli 33 layihənin reallaşdırılması üzrə 836 milyon avro olaraq dəyərləndirilib. Portfelin böyük hissəsi (89 faizi, yaxud 748 milyon avro) davamlı infrastruktura investisiyalara, yeddi faizi və ya 58 milyon avro sənaye, ticarət və aqrar sektora, dörd faizi və ya 30 milyon avro isə maliyyə institutlarına investisiyalara yönəlib.

Bank Azərbaycana bütünlükdə 185 layihə üzrə 3 656 milyard avrodan artıq investisiya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti