...

Türkiyənin polad məhsulları ixracı 5 milyard dollara bərabər olub

İqtisadiyyat Materials 5 May 2023 14:21 (UTC +04:00)
Türkiyənin polad məhsulları ixracı 5 milyard dollara bərabər olub

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz azalaraq 4,6 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 46,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 18 milyard dollar məbləğində polad məhsulları ixracı edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti