...

ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın potensial istiqamətləri nəzərdən keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 İyun 2023 18:47 (UTC +04:00)
ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın potensial istiqamətləri nəzərdən keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktorunun müavini Həsən Kleib ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat verib.

"Həsən Kleib ilə təşkilatla ölkəmiz arasında əlaqələrin uğurlu inkişafını vurğuladıq və əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirdik", - deyə Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, onlar sahibkarlıq subyektləri üçün əmtəə nişanları və coğrafi göstəricilər üzrə təcrübə mübadiləsinin təşkili; Qlobal İnnovasiya İndeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün imkanların təhlili; Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatının iqtisadi siyasətə çevrilməsi məsələlərini nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti