...

Azərbaycanda ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub

İqtisadiyyat Materials 25 İyun 2023 08:02 (UTC +04:00)
Azərbaycanda ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub

Bakı. Trend:

Azərbaycanda cari ilin yanvar-may aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla bildirir ki, beş ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (91,5 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (57,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti