...

Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirilib

İqtisadiyyat Materials 4 İyul 2023 20:35 (UTC +04:00)
Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirilib

Bakı. Trend:

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti üçün təşkil olunmuş təlimdə kriptovalyutanın əsasları, araşdırma texnikaları, cinayətkarlığın qarşısının alınmasında kriptovalyuta mübadiləsinin rolu kimi mövzular müzakirə olunub.

Təlimin məqsədi qurumu kriptovalyutalarla bağlı Şübhəli Fəaliyyət Hesabatlarının araşdırılması üçün lazım olan bilik və bacarıqlarla təchiz etmək, blokçeyn analitikası sahəsində məlumatlandırmaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti