...

Türkiyənin Türkmənistana polad məhsulları ixracı 59 milyon dolları ötüb

İqtisadiyyat Materials 14 İyul 2023 10:52 (UTC +04:00)
Türkiyənin Türkmənistana polad məhsulları ixracı 59 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkmənistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz artaraq 59,5 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Türkmənistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 45,1 faiz artaraq 15,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti