...

Azərbaycanda sığorta şikayətləri ən çox bu sahədən edilir

İqtisadiyyat Materials 17 İyul 2023 11:57 (UTC +04:00)
Azərbaycanda sığorta şikayətləri ən çox bu sahədən edilir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İl ərzində Azərbaycan Mərkəzi Bankına (AMB) vətəndaşlar tərəfindən 90 min sığorta hadisəsi üzrə 2800-ə yaxın müraciət daxil olub.

Trend xəbər verir ki, bunu bu gün AMB-nin baş direktoru Ziya Əliyev "Sığorta mübahisələrinin uğurlu həlli yolu” adlı konfransda deyib.

Onun sözlərinə görə, müraciətlərin böyük hissəsi icbari sığorta, xüsusən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqəlidir.

"Bunun obyektiv səbəbi var. İcbari avtosığorta daha geniş yayılıb. Sığorta şikayətlərinin 50%-i zərərin qiymətləndirilməsi ilə, yerdə qalan hissəsi isə ödənişin ləngiməsi, ödənişdən imtina, əlavə sənədlərin istənilməsi ilə bağlıdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqəli zərərin ödənilməsinin birbaşa tənzimlənməsi sığorta hallarının sayının azalmasına səbəb olub", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti