...

Portuqaliyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 İyul 2023 11:15 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Portuqaliyadan Türkiyə limanlarına 1 milyon 91 min 764 ton yük daşınıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Portuqaliyadan limanlara 3 min 200 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 miyon 47 min 841 ton yük çatdırıb.

Bu müddət ərzində Portuqaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 40 min 723 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Portuqaliyadan 3 milyon 704 min 412 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 991 min 490 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 194 milyon 518 min 498 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 375 min 119 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 180 milyon 143 min 379 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 926 min 267 ton transit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti