...

Dünya birjalarında neft ucuzlaşdı

İqtisadiyyat Materials 14 Avqust 2023 10:28 (UTC +04:00)
Dünya birjalarında neft ucuzlaşdı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,93 dollar azalaraq 85,88 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,94 dollar ucuzlaşaraq 82,25 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti